14 iyun 2026 22:37
85

Tramp ABŞ-İran memorandumunun imzalanmasının təxirə salındığını açıqlayıb

ABŞ Prezidenti Donald Tramp İsrailin Beyrutda "Hizbullah"ın obyektlərinə endirdiyi zərbələr səbəbindən ABŞ-İran memorandumunun imzalanmasının bir neçə saat gecikdiyini bildirib.

“İki sahil” xəbər verir ki, Amerika liderinin sözlərini "Axios"un jurnalisti Barak Ravid "X" sosial şəbəkəsindəki hesabında sitat gətirib.

Onun sözlərinə görə, mərasim planlaşdırıldığı kimi baş tutmalı idi, lakin Yaxın Şərqdəki hadisələr təxirə salınmaya səbəb olub.

Tramp həmçinin hadisənin gözlənilən razılaşmadan bir az əvvəl baş verdiyini və prosesdə ciddi fəsadlara səbəb olduğunu qeyd edib.