15 iyun 2026 10:56
61

Ermənistana buğda göndəriləcək

Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.

“İki sahil” xəbər verir ki, bu ölkəyə 7 vaqondan ibarət, ümumi çəkisi 490 ton olan buğda tədarük olunacaq. Qatar saat 15:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.