Türk Dövlətləri Təşkilatı ölkələrinin rəqabət qurumları rəhbərlərinin Rəqabət Forumu və 3-cü İclası çərçivəsində ikitərəfli görüşlər keçirilib.
“İki sahil” xəbər verir ki, görüşlər zamanı rəqabət orqanları arasında rəqabət siyasəti sahəsində əməkdaşlığın inkişafı, təcrübə mübadiləsinin genişləndirilməsi və gələcək birgə fəaliyyət istiqamətləri ətrafında müzakirələr aparılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı ölkələrinin rəqabət qurumları rəhbərlərinin Rəqabət Forumu və 3-cü İclası çərçivəsində ikitərəfli görüşlər keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov ikitərəfli görüşlər çərçivəsində Özbəkistan Respublikasının Rəqabətin İnkişafı və İstehlakçı Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Xalilillo Turaxujayev, Şimali Kipr Türk Respublikasının Rəqabət Şurasının sədri Şifa Kırmızıgil və Macarıstan Rəqabət Qurumunun rəhbəri Ksaba Balaş Riqo ilə rəqabət siyasəti sahəsində qarşılıqlı əməkdaşlıq məsələri və birgə fəaliyyət istiqamətləri üzrə müzakirələr aparıb.
Agentliklə Macarıstanın Rəqabət Qurumu arasında olan Anlaşma Memorandumunun icrası məqsədilə 2026-2028-ci illər üzrə Fəaliyyət Planı imzalanıb. Fəaliyyət Planı birgə tədbirlərin təşkili və fəaliyyətlərin koordinasiyası, qarşılıqlı bilik və təcrübə mübadiləsi, eləcə də rəqabət sahəsində ortaq təşəbbüs və əməkdaşlığın genişləndirilməsini ehtiva edir.
Quba, Siyəzən, Abşeron və Xızı dəmyə əkinçiliyi rayonlarının sırasına daxil edilib
İİTKM “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” üzrə monitorinq səfərlərini yekunlaşdırdı
2030-cu ilə qədər süd istehsalının 10 faiz, mal əti istehsalının isə 20 faizdən çox artırılması hədəflənir