Ötən dövr ərzində həyata keçirilmiş tədbirlər çərçivəsində daşınmaz əmlakın dövlət kadastrı və reyestri sahəsində ümumilikdə 40-dan çox xidmətin elektronlaşdırılması təmin edilmiş, 35-dən çox dövlət qurumu ilə qarşılıqlı məlumat mübadiləsi təşkil edilmişdir. Daşınmaz əmlakın dövlət kadastrı və reyestri sahəsində göstərilən dövlət xidmətləri nəticəsində təqdim edilən 10-dan çox sənəd (çıxarış, texniki pasport, torpaq sahəsinin planı və ölçüsü, müvafiq arayış və bildirişlər) elektronlaşdırılmışdır.
Bunu “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin departament direktoru Rəşad Əbləsənov “İki sahil”ə özəl müsahibəsində söyləyib.
R. Əbləsənov bildirib ki, sözügedən sahədə daxili idarəetmə proseslərinin rəqəmsallaşdırılması məqsədilə bir sıra yeni informasiya sistemləri hazırlanmış və mövcud informasiya sistemlərinin funksionallığı artırılmışdır. Bunun nəticəsində qeydiyyat orqanlarında kağız dövriyyənin qismən aradan qaldırılmasına nail olunmuşdur. Hazırda qeydiyyat idarələrində kağız dövriyyənin tam aradan qaldırılması istiqamətində işlər davam etdirilməkdədir.
Yaqut Ağaşahqızı, “İki sahil”
Quba, Siyəzən, Abşeron və Xızı dəmyə əkinçiliyi rayonlarının sırasına daxil edilib
İİTKM “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” üzrə monitorinq səfərlərini yekunlaşdırdı
2030-cu ilə qədər süd istehsalının 10 faiz, mal əti istehsalının isə 20 faizdən çox artırılması hədəflənir