16 iyun 2026 12:06
178

Elektron xidmətlər daşınmaz əmlak əməliyyatlarını daha sürətli və əlçatan edib - ÖZƏL

Daşınmaz əmlakın dövlət kadastrı və reyestri sahəsində müvafiq informasiya sistemlərinin tətbiqi və inkişaf etdirilməsi nəticəsində sözügedən sahədə təqdim edilən dövlət xidmətlərinə əlçatanlıq əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, həyata keçirilmiş rəqəmsallaşma tədbirləri nəticəsində əvvəlki dövrlərdə orta hesabla 1 ay ərzində vətəndaşlar tərəfindən həyata keçirilən 100000-dən çox fiziki addım hazırda tam elektron formada həyata keçirilməkdədir.

Bunu “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin departament direktoru Rəşad Əbləsənov “İki sahil”ə müsahibəsində diqqətə çatdırıb.

O, vurğulayıb ki, proseslərin elektron formada həyata keçirilməsi vətəndaşlarımıza vaxt və xərclərə qənaət etməyə, xidmətlərdən istənilən yerdən və istənilən vaxt istifadə etməyə imkan verir. Həmçinin, xidmətlərin daha sürətli, şəffaf və əlçatan olmasını təmin edərək sənədləşmə işlərini sadələşdirir və müraciətlərin izlənilməsini asanlaşdırır.

Yaqut Ağaşahqızı, “İki sahil”