16 iyun 2026 12:11
105

Lənkəranda regional müşavirə: 2026–2030-cu illərin Dövlət Proqramından irəli gələn vəzifələr diqqət mərkəzindədir VİDEO

Lənkəranda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilir.

“İki sahil” xəbər verir ki, Lənkəran şəhərində keçirilən müşavirədə dövlət qurumlarının nümayəndələri, müvafiq sahə üzrə mütəxəssislər, sahibkarlar və fermerlər iştirak edirlər.

Lənkəran-Astara iqtisadi rayonu üzrə təşkil olunan tədbirdə kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişaf perspektivləri, qarşıda duran vəzifələr, eləcə də 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının əsas istiqamətləri müzakirə olunur.