16 iyun 2026 12:33
160

SOCAR-ın prezidenti IPA şirkətinin prezidenti və baş icraçı direktoru ilə görüşüb

16 iyun 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf “Independent Project Analysis, Inc.” (IPA) şirkətinin prezidenti və baş icraçı direktoru Nekhil Mişra ilə görüşüb.

“İki sahil” xəbər verir ki, görüşdə tərəflər layihə idarəetmə sistemlərinin təkmilləşdirilməsi, investisiya təşəbbüslərinin və kapital qoyuluşlarının səmərəliliyinin artırılması sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirib, habelə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.