16 iyun 2026 14:13
106

Daşınmaz əmlak məlumatlarının təhlükəsizliyi üçün 2026–2028-ci illərdə kibertəhlükəsizlik tədbirləri gücləndiriləcək

Təhlükəsizlik standartlarına uyğun olaraq vətəndaşlara dair daşınmaz əmlak məlumatlarının qorunması üçün texniki və proqram təminatı səviyyəsində zəruri tədbirlər həyata keçirilməkdədir. Həmçinin, hüquqi tədbirlərin tətbiqi nəticəsində vətəndaşlara dair daşınmaz əmlak məlumatlarının məxfiliyinin və təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsi üçün zəruri işlər görülür.

Bunu  “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin departament direktoru Rəşad Əbləsənov “İki sahil”ə müsahibəsində bildirib.

O, vurğulayıb ki, bu istiqamətdə təhlükəsizliyin ən yüksək səviyyəyə çatdırılması məqsədilə 2026-2028-ci illər çərçivəsində aidiyyəti dövlət qurumları ilə birgə kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətdə kompleks tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.

Yaqut Ağaşahqızı, “İki sahil”