Çinin "Alibaba Group" texnologiya korporasiyası robotlar üçün nəzərdə tutulmuş ilk süni intellekt (Sİ) modelləri paketini təqdim edib. Paket Qwen Robot Suite adlanır və şirkətin Tongyi Lab süni intellekt laboratoriyası tərəfindən hazırlanıb.
“İki sahil” xəbər verir ki, Qwen Robot Suite üç əsas alətdən ibarətdir. Bunlara məkan üzrə hərəkət və naviqasiya modeli, robotların real dünyadakı müxtəlif ssenarilərin inkişafını modelləşdirməsinə və digər obyektlərlə qarşılıqlı əlaqə qurmasına kömək edən model, eləcə də müxtəlif tapşırıqların fiziki icrası üçün nəzərdə tutulmuş vizual-dil modeli daxildir.
Məlumata görə, Alibaba artıq bu modelləri korporativ müştərilərinə məxsus robotlar üzərində sınaqdan keçirib.
Reuters agentliyinin yazdığına görə, Alibaba-nın yeni modelləri Çin süni intellekt sənayesində müşahidə olunan ümumi tendensiyanı əks etdirir. Belə ki, texnologiya şirkətləri getdikcə diqqəti ənənəvi çat-botlardan daha çox Sİ agentlərinə yönəldirlər. Bu agentlər robotların fəaliyyətinin təkmilləşdirilməsi və onların daha mürəkkəb tapşırıqları yerinə yetirməsi üçün istifadə olunur.
Robotlar üçün süni intellekt texnologiyalarının hazırlanması yalnız Çinlə məhdudlaşmır. Ötən il Google da robotlara gündəlik həyatda qarşılaşılan bir çox vəzifələri yerinə yetirməyə imkan verən süni intellekt modellərini təqdim etmişdi. Bu modellər robotların paltarları rənglərinə görə çeşidləməsi, tullantıları təkrar emal üçün ayırması, əşyaları qablaşdırması və digər praktik tapşırıqları yerinə yetirməsinə şərait yaradır.
Almaniya XİN rəhbəri Ukrayna üzrə danışıqların yayda bərpa oluna biləcəyini istisna etməyib
Krımda gecə saatlarında motosiklet və digər mototexnika hərəkəti məhdudlaşdırılıb
Beynəlxalq arbitraj Qara dəniz və Kerç boğazı ilə bağlı iş üzrə qərarını açıqlayıb