18 iyun 2026 12:02
63

Sabah ölkə üzrə pensiyalar ödəniləcək

Respublika üzrə iyunun 19-da pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.