19 iyun 2026 09:44
97

“Sosial saat”da Milli Observatoriyanın fəaliyyətində tətbiq edilən beynəlxalq standartlardan bəhs olunacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya əmək, məşğulluq, sosial müdafiə sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün təkmil monitorinq, təhlil, proqnozlaşdırma sisteminin yaradılması istiqamətində fəaliyyət göstərir.

“İki sahil” xəbər verir ki, qurum ötən dövrdə bir sıra İSO sertifikatlarına layiq görülüb və fəaliyyətini də bu sənədlərdən irəli gələn beynəlxalq standartlara uyğun quraraq daim təkmilləşdirir. “Sosial saat”ın növbəti buraxılışında da bu mövzudan bəhs olunacaq. 22 iyun 2026-cı il tarixində saat 11:30-da DOST TV-də canlı yayımlanacaq verilişdə Milli Observatoriyanın şöbə müdiri Pərviz Yaqublu mövzuya dair məlumat verəcək və izləyiciləri maraqlandıran sualları cavablandıracaq.

Kanala keçid linki:

https://www.youtube.com/@dostmediatv