19 iyun 2026 10:55
96

BEOC-un yeni inkişaf və transformasiya mərhələsi “Bahar Fest”lə qeyd edilib

17 iyun 2026-cı il tarixində “Bahar Energy Operating Company”də (BEOC) keçirilən “Bahar Fest” festivalı müəssisənin yenilənmə və transformasiya prosesini yalnız istehsalat göstəriciləri ilə deyil, həm də komanda ruhu və korporativ dəyərlər prizmasından nümayiş etdirib.

“İki sahil” xəbər verir ki, Festivalın rəsmi hissəsində BEOC-da həyata keçirilən transformasiya, istehsalat əməliyyatları, texnoloji yanaşmalar və əməkdaşların rifahına yönəlmiş təşəbbüslər təqdim olunub. Festival daha sonra maraqlı interaktiv fəaliyyətlər və komanda ruhunu gücləndirən proqramlarla davam edib.

BEOC SOCAR-ın dayanıqlı inkişaf və əməliyyat mükəmməlliyi strategiyasına uyğun olaraq səmərəlilik, insan kapitalının inkişafı və korporativ mədəniyyət üzrə yenilənmə prosesini uğurla davam etdirir.