19 iyun 2026 13:19
82

Sabahın hava proqnozu - OXUYUN XƏBƏRİNİZ OLSUN

Azərbaycanda iyunun 20-nə gözlənilən hava şəraiti açıqlanıb.

“İki sahil” xəbər verir ki,  Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-25°, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunu, nisbi rütubət isə gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 35-39° isti, dağlarda gecə 11-16°, gündüz 20-25°, bəzi yerlərdə 28-32° isti olacağı ehtimal edilir.