İyunun 19-da Xankəndi şəhərinə və Ağdərə rayonuna növbəti köç olub.
“İki sahil” xəbər verir ki, Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gün Xankəndi şəhərinə 68 nəfərdən ibarət 18 ailə, Ağdərə rayonunun Aşağı Oratağ kəndinə isə 2 ailə olmaqla 12 nəfər köçürülüb.
Sakinlərə mənzillərin açarlarını Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsinn müavini Səbuhi Qəhrəmanov və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin direktor müavini Mahmud Əfəndiyev təqdim ediblər.
Tədbirdə çıxış edən S.Qəhrəmanov sakinləri yurdlarına qayıtmaları münasibətilə təbrik edib, onlara doğma torpaqda xoş günlər arzulayıb. O, bölgədə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və tikinti işləri barədə də məlumat verərək bildirib ki, sakinlərin burada rahat və təhlükəsiz yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb, sosial obyektlər istifadəyə verilib. Səbuhi Qəhrəmanov, həmçinin sakinlərin məşğulluq məsələlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışaraq, bölgədə yeni iş yerlərinin yaradıldığını, peşə hazırlığı və məşğulluq proqramlarının icra edildiyini, qayıdan vətəndaşların dayanıqlı məşğulluğunun təmin olunmasının dövlətin əsas prioritetlərindən biri olduğunu vurğulayıb.
ANAMA əməkdaşları tərəfindən köç edən sakinlərlə mina təhlükəsizliyinə dair maarifləndirmə görüşü keçirilib. Sakinlərə mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr, riskli ərazilərdə davranış qaydaları, eləcə də şübhəli əşyalar aşkar edildiyi zaman atılmalı addımlar barədə ətraflı məlumat verilib.
Sakinlər də doğma torpağa qayıdış sevinclərini bölüşüblər.
Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modeli tətbiq ediləcək - FƏRMAN
Ekoloji koalisiya Ermənistanda keçiriləcək COP17 sammitinin iştirakçılarına müraciət edib
FHN-in Muğan Regional Mərkəzi Salyan və Sabirabad rayonlarında meşələrdə yanğın təhlükəsizliyinə dair tədbirlər keçirib