19 iyun 2026 17:40
87

Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iyunun 24-də saat 09:00-da Ağdam şəhərində yerləşən Konfrans Mərkəzində Füzuli, Ağdam və Xocavənd rayonlarının sakinlərini qəbul edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Qəbula iyunun 23-nə qədər Çağrı mərkəzi (1655) və elektron poçt (mincom@mincom.gov.az), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.