20 iyun 2026 12:50
90

Azərbaycan və Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq müzakirə olunub

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Aparat rəhbəri Mohamed Abdiker başda olmaqla nümayəndə heyətini qəbul edib.

“İki sahil” xəbər verir ki, bu barədə DMX rəisi "X" sosial media hesabında paylaşım edib.

Bildirilib ki, görüşdə Azərbaycan Dövlət Miqrasiya Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər miqrasiya idarəçiliyinin daha da təkmilləşdirilməsi, innovasiyaların təşviqi, eləcə də Azərbaycanın Qlobal Miqrasiya Paktının (GCM) Çempion Ölkəsi kimi rolunun gücləndirilməsi məsələlərini müzakirə ediblər.