20 iyun 2026 14:41
99

Ağdam şəhərində daha bir qrup sakin üçün peşə kursuna başlanılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qarabağ Peşə Hazırlığı Mərkəzi Ağdam şəhərində daha bir qrup sakin üçün peşə hazırlığı kursu açıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “İki sahil”ə verilən məlumata görə, kursda müdavimlərə tikişçi peşəsi üzrə nəzəri və praktiki biliklər tədris edilir, müasir istehsalat proseslərinə uyğun bacarıqlar öyrədilir.

Onlar peşə hazırlığı kursunu bitirdikdən sonra Ağdamda fəaliyyətə başlayacaq “Komfy” MMC-də müvafiq işlə təmin olunacaqlar.

Məqsəd regionda, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə bu sahədə peşəkar kadrlara olan tələbatın qarşılanması, işsiz və işaxtaran şəxslərin əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmələrinə dəstək göstərməkdir.