Sessiyada təqdimatla çıxış edən "SOCAR Downstream" MMC-nin baş direktoru Emil Alxaslı şirkətin emal-kimya sənayesi üzrə həyata keçirdiyi çoxşaxəli fəaliyyəti, əldə olunan nəticələr, perspektivdə nəzərdə tutulan layihələr barədə məlumat verib. Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru Xəyal Cəfərov zavodun modernizasiya və yenidənqurma layihəsi üzrə görülən işlərdən, "SOCAR Türkiyə"nin texniki servis üzrə vitse-prezidenti Ergün Binboğa isə SOCAR-ın qardaş ölkədəki emal və neft-kimya biznes bölməsinin fəaliyyətindən bəhs ediblər.
SOCAR-ın Emal və neft-kimyası biznesinin idarə edilməsi Departamentinin rəisi Orxan Əliyev təqdimatında SOCAR tərəfindən “Italiana Petroli” şirkətinin səhmlərinin “API Holding”dən alınması, eləcə də şirkətin İtaliyadakı fəaliyyətinin perspektivləri barədə danışıb.
Sonra media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Daha sonra jurnalistlər üçün zavod ərazisinə sahə turu təşkil olunub.
Sonda xatirə fotosu çəkdirilib.
Orxan Vahidoğlu, "İki sahil"
SOCAR-ın prezidenti İtaliya Deputatlar Palatasının Xarici və Avropa İttifaqı işləri komitəsinin sədri ilə görüşüb
Enerji Dialoqu Platforması çərçivəsində növbəti məlumatlandırma sessiyası Bakı Ali Neft Məktəbində keçirilib