01 iyul 2026 16:25
106

Meksikada yığmanın DÇ-nin 1/8 finalına yüksəlməsindən sonra yaranan sıxlıqda iki nəfər həlak olub

Futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Meksika yığmasının Ekvador komandası üzərində qazandığı qələbənin qeyd edilməsi zamanı yaranan izdihamda iki nəfər boğularaq dünyasını dəyişib.

“İki sahil” xəbər verir ki, bu barədə "Jornada" qəzeti Mexiko şəhərinin Səhiyyə Katibliyinə istinadla məlumat yayıb.

Hadisə yerində həlak olan şəxslərin şəxsiyyəti müəyyənləşdirilib — onların 44 yaşlı kişi və 19 yaşlı gənc qadın olduğu məlum olub. Hadisə şahidləri qurbanlara dərhal təxirəsalınmaz tibbi yardım göstərildiyini bildiriblər.

Meksika yığması 1/16 final matçında rəqibini 2:0 hesabı ilə məğlub edib. Qolları Xulian Kinones və Raul Ximenes rəqib qapısından keçiriblər. Meksikalıların növbəti mərhələdəki rəqibi isə İngiltərə və DR Konqo yığmaları arasındakı qarşılaşmanın qalibi olacaq.

Mexiko hakimiyyətinin məlumatına görə, milli komandanın qələbəsini bayram etmək üçün şəhər küçələrinə bir milyondan çox insan axışib. Qeyd edək ki, Meksika seçməsi 1986-cı ildən bəri ilk dəfədir ki, dünya birinciliyinin pley-off mərhələsinin ilk səddini adlamağı bacarıb.