01 iyul 2026 22:40
114

“Sabah” Kurasao millisinin futbolçusunu transfer edib

“Sabah” yeni futbolçu ilə anlaşıb.

Klubdan “İki sahil”ə bildirilib ki, 25 yaşlı vinger Ksander Severina bundan sonra “bayquşlar”ın uğurları üçün çalışacaq.

Kurasaolu futbolçu İsrailin “Makkabi” (Hayfa) klubundan transfer edilib. Onunla 2+1 illik müqavilə bağlanıb.

Severina karyerası ərzində Niderlandın “Den Haaq” (2021-2023), Serbiyanın “Partizan” (2023-2024), Portuqaliyanın “Kaza Pia” (2025-2026) və İsrailin “Makkabi” (Hayfa, 2024-2026) komandalarında çıxış edib. O, Kurasao millisinin heyətində 5 oyun keçirib.