Bu gün stolüstü tennis üzrə Respublika birinciliyinə yekun vurulub. “Süa İdman - Sağlamlıq Mərkəzi”ndə keçirilən yarışda 2013-cü il və daha aşağı təvəllüdlü idmançılar bacarıqlarını göstəriblər. “İki sahil” xəbər verir ki, budəfəki birincilikdə paytaxt Bakı ilə yanaşı, Sumqayıt, Şəki, Şabran, Şamaxı, Şirvan və Qobustandan ümumilikdə 100-dən artıq iştirakçı qələbə uğrunda mübarizə aparıb. Onlar şəxsi, qoşa və qarışıq qoşa növlərində qalib və mükafatçıları müəyyənləşdiriblər. Üç gün davam edən yarışın nəticələrini təqdim edirik:
Qızların şəxsi mübarizəsi:
1- ci yer- Mehin Mirzəbalayeva
2- ci yer- Yasəmən Həbibova
3- cü yer- Səidə Qulizadə
3-cü yer- Banu İmanverdizadə
Oğlanların şəxsi mübarizəsi:
1- ci yer- Cəfər Almədədli
2-ci yer- Saleh Hümbətov
3-cü yer- Camal Kərim
3-cü yer- Əliəkbər Mirzəliyev
Qızların qoşa mübarizəsi:
1-ci yer- Yasəmən Həbibova – Mehin Mirzəbalayeva
2-ci yer- Rüqəyya Cavadzadə - Gülnur Kərimli
3-cü yer- Aylin Cabbarova - Fatimə Şahvələdova
3-cü yer- Səidə Qulizadə - Aylin Şərifli
Oğlanların qoşa mübarizəsi:
1- ci yer- Saleh Hümbətov – Cəfər Almədədli
2- ci yer- Əliəkbər Mirzəliyev – Camal Kərim
3- cü yer- Vyaçeslav Esaukenko – Səid Quluzadə
3- cü yer- Tunar Hüseynzadə - Həzrət Kamilov
Qarışıq-qoşa mübarizə:
1- ci yer- Cəfər Almədədli – Yasəmən Həbibova
2- ci yer- Əliəkbər Mirzəliyev – Mehin Mirzəbalayeva
3- cü yer- Saleh Hümbətov – Banu İmamverdizadə
3- cü yer- Raul Əsədov – Mehri Aslanzadə
Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən birincilikdə fəxri kürsüyə qalxan idmançılara diplom və medallar təqdim olunub.