Basketbolun 3x3 növü üzrə Dünya Seriyasının Fransanın Marsel şəhərində keçirilən mərhələsində ilk oyun gününə yekun vurulub.
“İki sahil” xəbər verir ki, Azərbaycanı yarışda təmsil edən "Neftçi" klubu qrup mərhələsində keçirdiyi hər iki görüşü qələbə ilə başa vurub.
Komanda ilk oyunda Macarıstan yığmasını əlavə vaxtda 19:18 hesabı ilə məğlub edib. İkinci qarşılaşmada isə Slovakiya millisi 21:14 hesabı ilə üstələnib.
Beləliklə, iki qələbə qazanan "Neftçi" B qrupunu birinci pillədə başa vuraraq Marsel mərhələsinin 1/4 finalına vəsiqə əldə edib.
"Neftçi" 1/4 finalda C qrupunun ikinci pilləsini tutacaq komanda ilə üz-üzə gələcək.