03 iyul 2026 23:56
103

"Sumqayıt"da braziliyalı qapıçı

2026/27-ci illər mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” transferini reallaşdırıb.

“İki sahil” xəbər verir ki, Portuqaliyanın “Pasuş Fereyra” klubunda çıxış etmiş Jeymes Almeyda ilə 2+1 illik müqavilə imzalanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı braziliyalı  qapıçı “1” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Jeymes Almeyda Braziliyanın “Santos” klubunun yetirməsidir. Qapıçı karyerası ərzində Portuqaliyanın “Pasuş Fereyra” və “Montaleqre” klublarında çıxış edib.