04 iyul 2026 01:11
97

Misir 1/8 finalda -  DÇ-2026

DÇ-2026-da 1/16 final mərhələsi davam edir.

Dünən daha 3 görüş keçirilib.

Əvvəlcə Portuqaliya və Xorvatiya milliləri üz-üzə gəliblər. Matçda Portuqaliya 2:1 hesablı qələbə qazanıb. Bu komanda 1/8 finalda İspaniyaya rəqib olacaq.

Digər oyunda İsveçrə Əlcəzairlə qarşılaşıb və 2:0 hesabı ilə üstün olub. Sözügedən yığma 1/8 finalda Kolumbiya-Qana cütünün güclüsü ilə üz-üzə gələcək.

Günün son matçında isə Avstraliya və Misir yığmaları qarşılaşıb. Görüşün taleyi penaltilər seriyasında həll olunub. Daha dəqiq oynayan misirlilər 1/8 finala adlayıblar.

3 iyul

DÇ-2026

1/16 final

Avstraliya - Misir - 1:1, pen - 2:4

Qollar: Emam Aşur, 13 (0:1), Mohamed Hani, 55-avtoqol (1:1)

QOL.az