04 iyul 2026 09:19
95

Mundialda 1/8 final həyəcanı başlayır

Bu gün futbol üzrə 2026-cı il dünya çempionatında 1/8 final mərhələsi start götürəcək.

“İki sahil” xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək.

Əvvəlcə Kanada Mərakeşlə üz-üzə gələcək. Görüş saat 21:00-da başlayacaq.

Digər matçda Fransa Paraqvayı sınağa çəkəcək. Oyun saat 01:00-da start götürəcək. Bu cütlərin qalibləri 1/4 finalda bir-birlərinə rəqib olacaqlar. 

DÇ-2026, 1/8 final

4 iyul

21:00. Kanada - Mərakeş

5 iyul

01:00. Paraqvay - Fransa