04 iyul 2026 11:52
78

"Neftçi" Dünya Qadın Seriyasında Uqanda ilə qarşılaşacaq

"Neftçi"nin 3x3 basketbol komandası Fransanın Marsel şəhərində təşkil olunan Dünya Qadın Seriyasında bu gün növbəti matçını keçirəcək.

“İki sahil” xəbər verir ki, komanda Uqanda yığması ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Qeyd edək ki, Bakı klubu ötən gün A qrupunda Macarıstan (19:18) və Slovakiya (21:14) millilərinə qalib gəlib.