04 iyul 2026 16:23
102

Klopp: Almaniya futbolu yol ayrıcındadır

"Liverpul"un sabiq baş məşqçisi Yurgen Klopp Almaniya futbolunun hazırkı durumu ilə bağlı fikirlərini bölüşüb.

“İki sahil” xəbər verir ki, o, bu barədə "MagentaTV" kanalına açıqlamasında danışıb.

"Alman futbolu yol ayrıcındadır. İndi biz əsaslı dəyişikliklər etməliyik. Bu islahatları sonda mən həyata keçirəcəyəm, yoxsa başqası - bunun fərqi yoxdur. Əsas odur ki, dəyişikliklər zəruridir" - deyə Klopp bildirib.

Qeyd edək ki, Almaniya millisi DÇ-2026-da çıxışını 1/16 final mərhələsində başa vurub. Komanda Paraqvaya əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə penaltilər seriyasında 3:4 hesabı ilə məğlub olub.