04 iyul 2026 17:35
85

DÇ-2026-nın 1/8 final mərhələsinə bu gün start veriləcək

DÇ-2026-da 1/8 finala bu gün start veriləcək.

“İki sahil” xəbər verir ki, mərhələnin ilk matçında, Hyuston stadionunda Kanada millisi Mərakeşlə üz-üzə gələcək.

Digər görüş isə iyulun 5-də Paraqvay və Fransa yığmaları arasında baş tutacaq.

DÇ-2026

1/8 final

4 iyul

21:00. Kanada - Mərakeş

Baş hakim: Maykl Oliver (İngiltərə).

Hyuston stadionu

5 iyul

01:00. Paraqvay - Fransa

Baş hakim: İlgiz Tantaşev (Özbəkistan).

Filadelfiya stadionu

Qeyd edək ki, tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq.