04 iyul 2026 21:00
104

"Neftçi" Dünya Qadın Seriyasında yarımfinala yüksəlib

"Neftçi"nin 3x3 basketbol komandası Fransanın Marsel şəhərində təşkil olunan Dünya Qadın Seriyasında bu gün növbəti matçını keçirib.

“İki sahil” xəbər verir ki, komanda Uqanda yığması ilə üz-üzə gəlib.

Bakı vaxtı ilə saat 19:30-da start götürən qarşılaşma "Neftçi"nin qələbəsi ilə başa çatıb.

Yarımfinal oyunu saat 21:50-də keçiriləcək.

Qeyd edək ki, Bakı klubu ötən gün A qrupunda Macarıstan (19:18) və Slovakiya (21:14) millilərinə qalib gəlib.