04 iyul 2026 23:08
92

"Qarabağ"dan 1-ci liqa klubuna keçdi

“Şahdağ Qusar” növəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.

“İki sahil” xəbər verir ki, klubun yaydığı məlumata görə, bölgə təmsilçisi “Qarabağ”dan Mahmud Ağayevi transfer edib. 22 yaşlı yarımmüdafiəçi ilə 1 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, Mahmud 19 yaşadək futbolçulardan ibarət milli komandanın da üzvü olub.

Xatırladaq ki, "Şahdağ Qusar" daha öncə Elməddin Sultanov, Urfan İsmayılov, Ravil Qafarov, Fəxri Məmmədli, Gülağa Əsədov, Mehrac Baxşalı, Vüqar Həsənov, Seymur Məmmədov və Həzrət İsayevi heyətinə qatıb.