06 iyul 2026 11:56
80

Güllə Atıcılığı üzrə Ölkə Çempionatı başa çatıb

Azərbaycan Atıcılıq Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Kompleksində keçirilən Güllə Atıcılığı üzrə Ölkə Çempionatı uğurla başa çatıb.

“İki sahil” xəbər verir ki, beş gün davam edən çempionatda ölkənin müxtəlif bölgələrini təmsil edən 102 idmançı tapança və tüfəng növləri üzrə fərdi və qarışıq komanda yarışlarında qüvvələrini sınayıb. Yarış proqramı üzrə ümumilikdə 160 start qeydə alınıb. Yarışlar ərzində iştirakçılar yüksək idman ustalığı, dəqiqlik və peşəkarlıq nümayiş etdirərək gərgin idman mübarizəsi aparıblar.

Çempionatın yekununda aşağıdakı proqramlar üzrə qaliblər müəyyənləşib:

Qadınlar arasında 25 metr məsafəyə tapançadan atəşaçma yarışı

 I yer – Xanna Əliyeva

 II yer – Zeynəb Sultanova

 III yer – Nilufər Səmədli

Kişilər arasında 25 metr məsafəyə tapançadan atəşaçma yarışı

 I yer – Ruslan Lunev

 II yer – İmran Qarayev

 III yer – Cəfər Sultanlı

50 metr məsafəyə tüfəngdən 3 mövqedə atəşaçma yarışı

 I yer – Əliməmməd Hüseynov

 II yer – Nigar Ramazanova

 III yer – Ramiz Xəlilov

50 metr məsafəyə tapançadan atəşaçma yarışı

 I yer – Rəsul Məmmədov

 II yer – Həqiqət Atayeva

 III yer – Hacı Musayev

10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışı — kişilər

 I yer – Hacı Musayev

 II yer – Ruslan Lunev

 III yer – Oleq Kerjankin

10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışı — qadınlar

 I yer – Sofiya Barxalova

 II yer – Xanna Əliyeva

 III yer – Nigar Nəsirova

10 metr məsafəyə pnevmatik tüfəngdən atəşaçma yarışı

 I yer – Ramiz Xəlilov

 II yer – Nuranə Əliyeva

 III yer – Elvira Allahyarova

10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma üzrə qarışıq komanda yarışı

 I yer – Hacı Musayev / Xanna Əliyeva

 II yer – Oleq Kerjankin / Xalidə Əliyeva

 III yer – Nigar Nəsirova / Ruslan Lunev

10 metr məsafəyə pnevmatik tüfəngdən atəşaçma üzrə qarışıq komanda yarışı

 I yer – Ramiz Xəlilov / Jalə Bayramova

 II yer – Zahid Sofiyev / Nigar Ramazanova

 III yer – Əliməmməd Hüseynov / Elvina Əfsanə

Çempionat ərzində idmançılar yüksək hazırlıq səviyyəsi nümayiş etdirərək bütün proqramlar üzrə gərgin və maraqlı mübarizə aparıblar.

Yarışların sonunda qaliblər və mükafatçılar medal, diplom və kuboklarla təltif olunublar. Ölkə çempionatı həm milli komandanın heyətinin formalaşdırılması, həm də idmançıların qarşıdakı beynəlxalq yarışlara hazırlıq səviyyəsinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.