"Neftçi" Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb.
“İki sahil” xəbər verir ki, Yuri Vernidubun komandası Serbiya "Partizan"ı ilə üz-üzə gəlib. Bakı vaxtı ilə saat 20:00-da start götürən matç rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ormoj stadionunda baş tutan görüşdə yeganə qolu 47-ci dəqiqədə Erik Kojzek vurub. Matçın 57-ci dəqiqəsində Bassala Sambu ilə rəqib futbolçu Stefan Miliç əlbəyaxa olduqları üçün hər ikisinə qırmızı vərəqə göstərilib və onları komanda yoldaşları əvəzləyib.
Qeyd edək ki,“ağ-qaralar” ayın 10-da “Radniçki Niş” (Serbiya), 13-də isə “Osiyek” (Xorvatiya) klubları ilə üz-üzə gələcək. Moravske Toplitse şəhərindəki “Hotel Livada Prestige”də məskunlaşan klub iyulun 14-də toplanışı başa vuraraq Bakıya qayıdacaq.
Xatırladaq ki, paytaxt təmsilçisi ilk yoxlama oyununda Rumıniya "ÇFR Kluj"una 1:2 hesabı ilə uduzub.