06 iyul 2026 22:43
105

Balaxanının qaz təchizatında fasilə olacaq

Sabunçu rayonunun Balaxanı qəsəbəsinin qaz təchizatında sabah qısamüddətli fasilə yaranacaq.

“İki sahil” xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyulun 7-də saat 10:00-dan etibarən işlər yekunlaşanadək Sabunçu rayonunun Balaxanı qəsəbəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.