06 iyul 2026 01:28
99

Keyta "Qəbələ"dən ayrıldı - 15 gün əvvəl müqaviləsini yeniləmişdi

"Qəbələ" futbolçusu Seydina Keyta ilə yolları ayırıb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidmti məlumat yayıb.

Bildirilib ki, futbolçu ilə 21 iyun 2026-cı il tarixində bağlanmış müqaviləyə onun şəxsi problemləri səbəbindən qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, 2026-cı ilin yanvarından "Qəbələ"nin şərəfini qoruyan seneqallı futbolçu bu müddət ərzində 19 oyunda meydana çıxıb və 3 qol vurub.