07 iyul 2026 17:00
146

SOCAR-ın prezidenti "PETROCI Holding"in baş direktoru ilə görüşüb

7 iyul 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf "PETROCI Holding"in baş direktoru Fatoumata Sanoqo ilə görüşüb.

“İki sahil” xəbər verir ki, görüşdə SOCAR və “PETROCI Holding” arasında “Baleine” neft-qaz yatağının işlənməsi layihəsi üzrə əməkdaşlıqdan məmnunluq ifadə olunub, layihə çərçivəsində görülən işlər nəzərdən keçirilib.

Söhbət zamanı tərəflər qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparıb, o cümlədən işlənmə, hasilat, neft və neft məhsullarının ticarəti, emal, rəqəmsallaşma, süni intellektin tətbiqi, insan kapitalının inkişafı və qarşılıqlı maraq doğuran digər istiqamətlərdə əməkdaşlıq imkanlarını müzakirə ediblər.