Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku Azərbaycan millisi üçün uğurla başa çatıb.
“İki sahil” xəbər verir ki, yarışın ikinci günündə yığmamız aktivinə 8 medal yazdırıb. Mehdi Abbasov (-81 kq) və Ramazan Əhmədov (+100 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Cəsur İbadlı (-81 kq), Canpolad Əliyev (-100 kq) və Nərgiz Əhmədova (-48 kq) yarışı gümüş medalla başa vurublar. Süleyman Şükürov (-90 kq), Davud Namazlı (-100 kq) və Xədicə Qədəşova (-57 kq) isə bürünc mükafat əldə ediblər.
Xatırladaq ki, ilk yarış günündə Əbil Yusubov (-73 kq) gümüş medala yiyələnmişdi.
Beləliklə, Azərbaycan millisi Praqa Avropa Kubokunu 2 qızıl, 4 gümüş və 3 bürünc olmaqla ümumilikdə 9 medalla tamamlayıb. Yekun nəticələrə əsasən yığmamız 33 ölkə arasında ümumi komanda hesabında üçüncü, oğlanların mübarizəsində isə birinci yeri tutub.