08 iyul 2026 17:01
101

“Beşiktaş” Türkiyə millisinin qapıçısı ilə yollarını ayırıb

Türkiyənin “Beşiktaş” komandası qapıçısı Ersin Destanoğlu ilə vidalaşıb.

“İki sahil” klubun rəsmi saytına istinadla xəbər verir ki, 25 yaşlı qolkiperlə başa çatan müqavilənin müddəti uzadılmayıb.

Türkiyə millisinin üzvü 2017-ci ildən İstanbul təmsilçisində çıxış edirdi.

İddiaya görə, gənc futbolçu karyerasını İngiltərə Premyer Liqasına yüksələn və Acun Ilıcalının sahibi olduğu “Hall Siti”də davam etdirəcək.