09 iyul 2026 21:59
349

Avropa Liqası: "Qarabağ" İslandiya klubunu darmadağın edib YENİLƏNİB

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Vestri" (İslandiya) oyunu başlayıb.

“İki sahil” xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Matçın baş hakimi moldovalı FIFA referisi Roman Jitaridir.

Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 17-də baş tutacaq. Cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq.

***

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Vestri" (İslandiya) oyununda hesab açılıb.

“İki sahil” xəbər verir ki, Azərbaycan təmsilçisi matçda ilk qolu vurub.

30-cu dəqiqədə Zakaria Savo fərqlənib.

***

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Vestri" (İslandiya) oyununda üçüncü qol vurulub.

“İki sahil” xəbər verir ki, Azərbaycan təmsilçisi hesab arasındakı fərqi daha da artırıb - 3:0.

86-cı dəqiqədə Renaldo Sefas fərqlənib.

***

UEFA Avropa Liqasının I təsnifat mərhələsində Bakıda “Qarabağ” və İslandiyanın “Vestri” komandaları arasında keçirilən ilk oyun başa çatıb.

“İki sahil” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüş Ağdam klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları 30-cu dəqiqədə Zakaria Savo, 45+2-ci dəqiqədə Abdullah Zubir və 86-cı dəqiqədə Renaldo Sefas vurublar.