09 iyul 2026 22:22
171

U-17 yeniyetmələr arasında Cənub bölgəsi üzrə region birinciliyi keçirilib

Yardımlı Olimpiya İdman Kompleksində U-17 yeniyetmələr arasında cüdo üzrə Cənub bölgəsi üzrə region birinciliyi keçirilib. Turnirdə 8 klub və idman cəmiyyətindən 55 cüdoçu mübarizə aparıb.

“İki sahil” xəbər verir ki, yarışın keçirilməsində məqsəd yeniyetmə cüdoçu bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirmək olub. U-17 üzrə regional birincilik milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandırıb.

Mükafatçıları təqdim edirik:

Qızlar

-48 kq 
1. Nəslihan Kırşanlı (Mübarizlər PİK) 
2. Firuzə Abdurəhimli (Lənkəran OİK) 
3. Nuray Nəsirova (Lənkəran OİK) 

-52 kq
1. Ruqayyə Əlizadə (Lənkəran OİK) 

-57 kq 
1. Aysun Seyidova (Lənkəran OİK)

Oğlanlar

-50 kq 
1. Ramil İbrahimov (Salyan) 
2. Seymur Süleymanov (Salyan) 
3. Hacıəmən Novruzlu (Biləsuvar OİK) 
4. Miryusif Hüseynli (Masallı) 

-55 kq 
1. Yaşar Zeynallı (Lənkəran OİK) 
2. Murad Səfərəliyev (Lənkəran OİK) 
3. Elcan Məmmədov (Lənkəran OİK) 
4. Sadiq Ağazadə (Masallı) 

-60 kq 
1. Lətif Xanmədli (Masallı) 
2. Məhdi Quluzadə (Lənkəran OİK) 
3. Dəniz Məcidli (Masallı) 
4. Əli Əlizadə (Lənkəran OİK) 

-66 kq 
1. Baqir Ağazadə (Masallı) 
2. Yusif Dadaşlı (Şirvan) 
3. İbrahim Natiqli (Biləsuvar OİK) 

-73 kq
1. Hüseyn Əzizov (Lənkəran OİK) 
2. Hüseyn Talıbzadə (Lənkəran OİK) 

-90 kq
1. Əli Əsədzadə (Masallı) 

+90 kq
1. Elgün Qasımov (Lənkəran OİK) 
2. Kərim Kərimli (Masallı)