Portuqaliya millisinin yeni baş məşqçisi rəsmən açıqlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.
Jorje Jesusla 2030-cu ilə qədər müqavilə imzalanıb. 71 yaşlı mütəxəssis son olaraq millinin kapitanı Kriştiano Ronaldonun da çıxış etdiyi “Əl Nəsr”i çalışdırıb.
Qeyd edək ki, portuqaliyalı çalışdırıcı “Fənərbaxça”, “Benfika”, “Sportinq”, “Flamenqo” kimi klublarda işləyib. O, indiyə qədər milli komandalarda fəaliyyət göstərməyib. O, ilk dəfə milli komandanın baş məşqçisi olacaq.