12 iyul 2026 16:00
77

"Çelsi"nin futbolçusu "Sportinq"ə keçdi

"Çelsi"nin hücumçusu Cessi Derri karyerasını Portuqaliyada davam etdirəcək.

“İki sahil” klubun mətbust xidmətinə istinadən xəbər verir ki, 19 yaşlı futbolçu 2026/2027 mövsümünün sonuna qədər "Sportinq"ə icarəyə göndərilib. Müqavilədə satınalma maddəsi nəzərdə tutulmayıb və futbolçu mövsümün sonunda London klubuna qayıdacaq.

Derri bu yay "Çelsi" ilə 2032-ci ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə imzalayıb. Ötən mövsüm o, əsas komandanın heyətində 6 oyunda meydana çıxıb.