18 iyul 2026 14:32
119

"Neftçi" - "Dinamo" oyunu kiprlilərə tapşırıldı

Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" - "Dinamo" (Minsk, Belarus) ilk oyununa hakim təyinatları müəyyənləşib.

“İki sahil” UEFA-nın saytına istnadən xəbər verir ki, matçı Kiprdən olan hakimlər briqadası idarə edəcək.

Baş hakim FIFA referisi Konstantinos Fellas olacaq. Ona yan xətt hakimləri kimi Marios Kaloqirou və Giorgios Çaralampous köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Konstantinos Neofytou yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 22-də "Palms Sports Arena"da oynanılacaq "Neftçi" - "Dinamo" matçı saat 20:00-da start götürəcək. Bu komandalar arasında cavab oyunu isə iyulun 30-da keçiriləcək.