Fransa millisinin dünya və Avropa çempionatlarında vurduğu son 25 qola yalnız iki klubun futbolçuları imza atıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Opta" portalı məlumat yayıb. Bildirilir ki, bu qolların hamısı Madrid "Real"ı və PSJ-də çıxış edən futbolçuların hesabına yazılıb.
Qeyd edək ki, Fransa millisi DÇ-2026-da üçüncü yer uğrunda oyunda İngiltərəyə 4:6 hesabı ilə məğlub olub. Komandanın qollarını Madrid "Real"ının hücumçusu Kilian Mbappe (2 qol), eləcə də PSJ futbolçuları Bredli Barkola və Usman Dembele vurublar.