19 iyul 2026 20:34
172

Braziliya BMT və FİFA-ya şikayət etdi

Braziliya hökuməti DÇ-2026 zamanı qeydə alınan irqçilik halları ilə bağlı BMT və FİFA-ya rəsmi şikayət ünvanlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Globo" nəşri məlumat yayıb.

Bildirilir ki, ölkə prezidenti Luiz İnasiu Lula da Silvanın rəhbərlik etdiyi hökumət turnir ərzində sosial şəbəkələrdə aparılan monitorinqin nəticələrinə əsaslanaraq müraciət edib.

Araşdırma zamanı 6 milyondan çox paylaşım təhlil olunub. Onlardan təxminən 89 mini təhqiramiz məzmun daşıyıb. Bu paylaşımların 11 faizi isə irqçi xarakterli olub.

Braziliya tərəfi bu cür halların qarşısının alınması, araşdırılması və günahkarların cəzalandırılması üçün əlavə tədbirlərin görülməsini tələb edib. Həmçinin turnir zamanı baş verən bu kimi insidentlərlə bağlı zərərin aradan qaldırılması istiqamətində addımların atılmasını istəyib.