19 iyul 2026 22:11
212

Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa çempionatının A Liqasına yüksəlib

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının (EBSL) seçmə mərhələsinin final görüşünə çıxıb.

“İki sahil” xəbər verir ki, milli həlledici qarşılaşmada Latviya yığmasını 4:0 hesabı ilə məğlub edib. Komandanın qollarını Elşad Mandafov (2), Orxan Məmmədov və Ramil Əliyev vurublar.

Bu qələbə sayəsində Azərbaycan millisi EBSL-in B Liqasının qalibi olub. Bununla yanaşı, yığmamız Avropa çempionatının A Liqasına yüksələrək növbəti mövsümdən qitənin ən güclü komandaları sırasında mübarizə aparmaq hüququ qazanıb.

Azərbaycan millisi turnir ərzində uğurlu çıxışı ilə seçilərək həm çempionluğa, həm də A Liqasına vəsiqəyə sahib çıxıb.