Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Sabah” II təsnifat mərhələsində ilk oyuna çıxıb.
“İki sahil” xəbər verir ki, Bakı klubu Bakıda Finlandiyanın KuPS komandasını qəbul edib.
“Bank Respublika Arena”da keçirilən görüş Azərbaycan çempionunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 45+1-ci dəqiqədə Velko Simiç vurub.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 28-də Finlandiyada keçiriləcək. Bu cütün qalibi III təsnifat mərhələsində "Orxus" (Danimarka) - "Lex" (Polşa) duelinin güclüsü ilə qarşılaşacaq.