22 iyul 2026 23:07
89

Kazemiro Messinin komanda yoldaşı oldu

"İnter Mayami" braziliyalı yarımmüdafiəçi Kazemironu transfer edib.

“İki sahil” xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı futbolçu MLS təmsilçisinə azad agent kimi keçib. Onunla 2027-ci ilin sonuna qədər müqavilə imzalanıb. Razılaşmanın 2029-cu ilin iyununa qədər uzadılması imkanı da var.

Kazemiro viza prosedurlarını tamamladıqdan sonra komandanın heyətinə qoşulacaq.

Bundan əvvəl "Mançester Yunayted" təcrübəli yarımmüdafiəçi ilə yollarını ayırdığını açıqlamışdı. O, ötən mövsüm Premyer Liqada 34 oyunda 9 qol vurub, 2 məhsuldar ötürmə edib. Kazemiro karyerası ərzində "San-Paulu", "Real", "Portu" və "Mançester Yunayted"də çıxış edib.