23 iyul 2026 13:07
90

Rodri "Real Madrid"lə razılaşdı

İspaniya milli komandasının və "Mançester Siti"nin mərkəz yarımmüdafiəçisi Rodri Madridin "Real" klubu ilə şəxsi müqavilənin şərtlərini tam razılaşdırıb.

“İki sahil” xəbər verir ki, bu barədə tanınmış insayder və jurnalist Nikolo Skira məlumat yayıb.

Mənbənin sözlərinə görə, tərəflər arasında imzalanması gözlənilən müqavilə 2029/30-cu illər mövsümünün sonunadək nəzərdə tutulub. Rodri 2019-cu ildən bəri "Mançester Siti"nin şərəfini qoruyur və ingilislərlə mövcud müqaviləsinin müddəti gələn ilin yayında başa çatır. Bir qədər əvvəl jurnalist Ramon Alvares futbolçunun Mançester təmsilçisinin müqaviləni uzatmaq barədə rəsmi təklifini rədd etdiyini bildirmişdi.

İspaniyalı ulduz futbolçu "Mançester Siti"nin heyətində çıxış etdiyi dövrdə daxili və beynəlxalq ареnada böyük uğurlara imza atıb. O, "Mançester Siti" ilə 13 titul qazanıb.