Rusiya Futbol İttifaqının Nəzarət-Dizam-İntizam Komitəsi Moskvanın "Spartak" klubunun ölkə Superkuboku uğrunda Sankt-Peterburqun "Zenit" komandasına qarşı matçının yenidən keçirilməsi tələbinə baxacaq.
“İki sahil” xəbər verir ki, bu barədə təşkilatın rəhbəri Artur Qriqoryans məlumat verib.
Xatırladaq ki, qarşılaşma iyulun 18-də Nijni Novqorodda baş tutub. "Zenit" "Spartak"a qalib gələrək (əsas vaxt — 1:1, penaltilər seriyası — 4:2) karyerasında onuncu dəfə Rusiya Superkubokunu qazanıb.
"Spartak" rəhbərliyi baş hakim Yevgeni Bulanovun oyun qaydalarını pozduğu qənaətindədir. Belə ki, penaltilər seriyasından əvvəl hakim püşkatma keçirməyib və 11 metrlik zərbələr "Zenit" azarkeşlərinin oturduğu tərəfdəki qapıya vurulub.
Hakim bu qərarı təhlükəsizlik mülahizələri ilə əlaqədar qəbul edib. İkinci hissəyə əlavə olunmuş vaxtda peterburqluların hücumçusu Aleksandr Sobolev hesabı bərabərləşdirib və qolu qeyd etmək üçün 2020-2024-cü illərdə şərəfini qoruduğu "Spartak" azarkeşlərinin triubunasına tərəf qaçıb. Moskva klubunun azarkeşləri meydançaya kütləvi şəkildə stəkanlar fırladıblar, bundan sonra isə futbolçular arasında kütləvi əlbəyaxa dava düşüb.
RFS-dən bildirilib ki, baş hakim yarana biləcək təhlükələri nəzərə alaraq "püşkatma prosedurundan hüquqamüvafiq olaraq imtina edib".
Həmçinin Qriqoryans NDİK-in Aleksandr Sobolevin davranışına da baxacağını qeyd edib.