24 iyul 2026 20:48
103

"Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı

"Neftçi"nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin Minsk "Dinamo"su ilə keçirəcəyi cavab oyununa hakim təyinatları açıqlanıb.

“İki sahil” UEFA-nın saytına istinadən xəbər verir ki, oyunu Şimali İrlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Tim Marşalla yan xətdə Georgios Arqiropulos və Rayan Kelsi kömək edəcəklər. Dördüncü hakim Şeyn MakQoniql olacaq.

Qeyd edək ki, "Dinamo" - "Neftçi" matçı iyulun 30-da Bolqarıstanın Stara-Zaqora şəhərindəki “Beroe” stadionunda keçiriləcək. Komandalar arasında Bakıda keçirilən ilk görüş Belarus təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.